Azərbaycan kimya sənayesi üzrə məhsul istehsalını 38% artırıb

Azərbaycan kimya sənayesi üzrə məhsul istehsalını 38% artırıb
# 27 avqust 2010 09:08 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin ilk yeddi ayı ərzində Azərbaycanda kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastmas məmulatlarının istehsalı müəssisələri tərəfindən 139,7 mln. manatlıq məhsul istehsal edilib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, əvvəlki ilin yanvar-iyul ayları ilə müqayisədə məhsul istehsalı kimya sənayesində 37,6%, rezin və plastmas məmulatları istehsalında 17,1% artıb, əczaçılıq məhsullarının istehsalında isə 14,4% azalıb.

Əsas kimya məhsullarından propilenin istehsalında 71%, polietilenin istehsalında 77,8%, izopropil spirtinin istehsalında 34,9%, lak-boya məmulatlarının istehsalında 2,5 dəfə artım müşahidə olunub. Rezin və plastmas məmulatlarından bərk polietilen boruların, borucuqların və qolların istehsalı 2,4 dəfə artıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR