Bakı-Tiflis-Ceyhan neft kəməri pilotsuz uçan aparatlarla mühafizə olunacaq

Bakı-Tiflis-Ceyhan neft kəməri pilotsuz uçan aparatlarla mühafizə olunacaq
# 28 avqust 2010 09:03 (UTC +04:00)
APA-nın “Zaman” qəzetinə istinadən verdiyi məlumata görə, Ankarada bir araya gələn Enerji və Daxili İşlər nazirliklərinin yetkililəri boru xətlərinin təhlükəsizliyinin pilotsuz uçan aparatlarla təmin olunması məsələsini müzakirə ediblər.

Görüşdə kəmərlərin təhlükəsizliyi üçün xüsusi sistemin qurulması qərara alınıb. Bunun üçün tərəflər TÜBİTAK və TÜRKSAT-la da görüşlər planlaşdırır.

Yazıda qeyd olunub ki, neft və qaz boru kəmərlərinin təhlükəsizliyi «Botaş» və Jandarma Qüvvələri arasında imzalanmış protokola uyğun olaraq jandarma qüvvələri tərəfindən təmin olunur. Ancaq son aylar boru kəmərlərinə qarşı terror aktlarının artması müşahidə olunduğundan müvafiq qurumların rəhbərləri görüşərək bununla bağlı müzakirələr aparıblar.

Görüşdə Bakı-Tiflis-Ceyhan (BTC) əsas ixrac neft boru kəmərində tətbiq olunan
Real zaman rejimində çalışan nəzarət sisteminin Türkiyə ərazisindəki bütün boru kəmərlərində tətbiqi də qərara alınıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR