Bu ilin II rübündə “LUKoil”un xalis mənfəəti 16% azalıb

Bu ilin II rübündə “LUKoil”un xalis mənfəəti 16% azalıb
# 31 avqust 2010 10:07 (UTC +04:00)
Bakı - APA-Economics. Bu ilin II rübündə Rusiyanın “LUKoil” neft şirkətinin xalis mənfəəti 16% azalaraq 1,95 mlrd. dollara enib. “APA-Economics”in xəbərinə görə, ötən il bu göstərici 2,3 mlrd. dollar təşkil edib.

Hesabat dövründə şirkətin gəlirləri 28,5% artaraq ötən ilki 20,12 mlrd. dollarlıq göstəricidən 25,85 mlrd. dollar səviyyəsinə yüksəlib.

2010-cu ilin I yarısının yekunlarına əsasən, “LUKoil”un xalis mənfəəti 23,9% artaraq 4 mld. dollar təşkil edib. Ötən il bu göstərici 23,28 mlrd. dollar olub.

Öz növbəsində şirkətin gəlirləri də hesabat dövründə 42,7% artaraq 49,76 mlrd. dollara çatıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR