Ötən ay ARDNŞ 11 143 metr qazma işi həyata keçirib

Ötən ay ARDNŞ 11 143 metr qazma işi həyata keçirib
# 05 oktyabr 2010 14:21 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu ilin sentyabr ayı ərzində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 11 143 metr qazma işi həyata keçirib.

Dövlət Neft Şirkətindən «APA-Economics»ə verilən məlumata görə, bu sahədə görülmüş işlərin 9 862 metri istismara, 1 281 metri kəşfiyyata aid olub. Həyata keçirilmiş kəşfiyyat qazmasının 112 metri isə struktur axtarış qazmasına aid olub.

Ümumiyyətlə, 2010-cu ilin yanvar-sentyabr aylarında ARDNŞ üzrə (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 10 5572 metr qazma işi görülüb ki, bunun da 98 532 metri istismara, 7 040 metri kəşfiyyata (o cümlədən 1 156 metr struktur axtarış qazması) aid olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR