Sumqayıtda elektrik enerjisi dəyərinin ödənişi 100%-i keçib

Sumqayıtda elektrik enerjisi dəyərinin ödənişi 100%-i keçib
# 11 oktyabr 2010 08:07 (UTC +04:00)
Sumqayıt - APA-Economics. Sumqayıt şəhərində 2010-cu ilin sentyabr ayında güzəştsiz əhali kateqoriyası üzrə istehlak olunan elektrik enerjisinin dəyərinin ödənişi 134,22% təşkil edib.

Bu barədə “APA-Economics”ə “Sumqayıtelektrikşəbəkə” ASC-nin Sumqayıt Elektrik Şəbəkə Rayonunun rəisi Hakim Hüseynov məlumat verib.

Onun sözlərinə görə, cari ilin sentyabr ayı ərzində şəhərin güzəştsiz əhali qrupu tərəfindən 531,22 min manat dəyərində, 8853,66 min kvt/saat həcmində elektrik enerjisi istifadə edilib. Bunun müqabilində əhali tərəfindən 712,98 min manat dəyərində ödəniş olub.

Qeyd edək ki, hazırda Sumqayıt şəhərinin güzəştsiz əhali kateqoriyası üzrə 79501 nəfər abonent vardır. Şəhər üzrə ümumilikdə 75997 ədəd elektrik sayğacı quraşdırılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR