«Azərikimya»nın balansındakı teplovozlardan biri əsaslı təmirdən sonra istismara verilib

«Azərikimya»nın balansındakı teplovozlardan biri əsaslı təmirdən sonra istismara verilib
# 13 oktyabr 2010 11:12 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin «Azərikimya» İstehsalat Birldiyinin Etilen-polietilen, Üzvi sintez və Səthi aktiv maddələr zavodlarını əhatə edən 138,3 km dalan dəmir yollarında təmir-bərpa işləri aparılır.

Azərbaycan Dövlət Neft Şirkətindən «APA-Economics»ə verilən məlumata görə, artıq xəttin 67,5 km hissəsində görülən işlərin ilkin mərhələsi başa çatdırılıb, bu hissə işlək vəziyyətə gətirilib.

Dalan dəmir yollarının təmir-bərpa işləri ilə paralel surətdə Birliyin balansında olan dəmiryol çənlərinin, həmçinin daxili manevrlər, ünvana gələn və ünvandan göndərilən yüklərin qəbul edilib yola salınması üçün istifadə edilən teplovozların təmiri və rənglənməsinə də başlanılıb. Bu günlərdə bir teplovoz əsaslı təmirdən sonra Etilen-Polietilen Zavodunun istismarına verilib. Yaxın günlərdə daha bir teplovozun təmir edilərək istismara verilməsi gözlənilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR