Ucar rayonunun Lək kəndinə təbii qazın verilişi bərpa olunub

Ucar rayonunun Lək kəndinə təbii qazın verilişi bərpa olunub
# 16 oktyabr 2010 09:29 (UTC +04:00)
Ucar. Zahid Abışov - APA. 11 illik fasilədən sonra Ucar rayonunun Lək kəndinə təbii qazın verilişi bu gün bərpa olunub.

APA-nın Mərkəzi Aran bürosunun məlumatına görə, bu münasibətlə keçirilən tədbirdə kənd sakinləri, idarə və müəssisə rəhbərləri, Ucar rayon İcra Hakimiyyətinin başçısı Yaşar Məmmədov və əməkdaşları iştirak ediblər.

Y.Məmmədov camaatı təbrik edib, əhalinin rifahının yaxşılaşdırılması istiqamətində dövlət tərəfindən görülən işlərdən söz açıb.

Ucar rayon Qaz İstismar İdarəsinin baş mühəndisi Vüqar Zamanov APA-ya bildirib ki, yerli sakinlərin və kənd bələdiyyəsinin hesabına 5 km uzunluğunda əsas xətt və 10 km uzunluğunda daxili xətlər təmir olunub, 7 tənzimləyici şkaf yeniləri ilə əvəz olunub.

Qeyd edək ki, 4000-ə yaxın sakini olan Lək kəndində 600 qaz abonenti var. İlkin mərhələdə 380 abonent sayğaclarla təmin olunub və bu gün onların evinə mavi yanacaq veriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR