Azərbaycan yeni elektrik stansiyalarının inşasına başlayır

Azərbaycan yeni elektrik stansiyalarının inşasına başlayır
# 20 oktyabr 2010 13:32 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bunu «Azərenerji» ASC-nin prezidenti Etibar Pirverdiyev bildirib.

E.Pirverdiyevin sözlərinə görə, bu stansiya Azərbaycanın energetika sektorunun ən vacib layihələrindəndir. Stansiyanın inşa olunacağı hövzənin su həcmi 2 mlrd. kubmetr, stansiyanın istehsal gücü isə 400 MVt təşkil edəcək.

E.Pirverdiyev cari ilin sonu, 2011-ci ilin əvvəlində «Şimal-2» stansiyasının tikintisinə başlanılacağını da qeyd edib. Bu stansiyada əsasən «Mitsubishi», «İSTOP», «Siemens» və digər tanınmış şirkətlərin avadanlıqlarının quraşdırılması nəzərdə tutulur.

«Şimal-2» layihəsinin dəyəri xeyli ucuzlaşıb. Əvvəlcə bu layihə 450 mln. ABŞ dolları dəyərləndirildiyi halda, indi tender təklifləri 360 mln. dollar ətrafındadır. Bu layihəyə həm də birinci və ikinci stansiyanın soyutma sisteminin qurulması və s. işlər daxildir», - deyə E.Pirverdiyev vurğulayıb.

«Son 5 ildə ümumilikdə 1500 MVt-dan çox yeni güc əldə olunub», - deyə «Azərenerji» prezidenti əlavə edib.

«Azərenerji» prezidenti gələn ilin sonunda Şirvan şəhərində inşa olunan «Cənub» stansiyasında da işlərin yekunlaşacağını və stansiyanın 2012-ci ildə istifadəyə veriləcəyini də bildirib. E.Pirverdiyevin sözlərinə görə, bu stansiya regionda ən mürəkkəb texnologiyaya malikdir. Stansiya mazut, qaz və dizel yanacağı ilə işləyə biləcək.

Qeyd edək ki, hazırda Azərbaycan elektrik stansiyalarının ümumi qoyuluş gücü 6500 MVt, enerji sistemində SES-lərin payı isə 12-15% təşkil edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR