«Darvin bankası» yatağında yeni quyu qazılır

«Darvin bankası» yatağında yeni quyu qazılır
# 21 oktyabr 2010 12:32 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. «Darvin bankası» yatağında yeni quyunun qazılmasına başlanılıb.

Azərbaycan Dövlət Neft Şirkətindən «APA-Economics»ə verilən məlumata görə, Kompleks Qazma İşləri Trestinin «Neft Daşları» Dəniz Qazma İşləri İdarəsi «Darvin bankası» yatağındakı 660-cı özüldən 659 nömrəli quyuda qazma işlərini davam etdirir.

Qirməki Altı Lay Dəstəsinə qazılan quyunun layihə dərinliyi 1 530 metrdir. Geoloqların hesablamalarına görə, quyudan sutkada təxminən 7 ton neft hasil ediləcək. Qeyd edək ki, quyu «Abşeronneft» NQÇİ-nin sifarişi ilə qazılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR