Ucar rayonunun qaz təchizatında məhdudiyyətlər olacaq

Ucar rayonunun qaz təchizatında məhdudiyyətlər olacaq
# 26 oktyabr 2010 06:55 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Təmir işləri ilə əlaqədar bu gün səhər saat 09:00-dan axşam saat 19:00-dək Ucar rayonunun təbii qaz təchizatı müvəqqəti dayandırılacaq.

Dövlət Neft Şirkətindən «APA-Economics»ə verilən məlumata görə, həmin müddət ərzində Ucar şəhəri də daxil olmaqla rayonun bütün kənd və qəsəbələrinə təbii qazın verilişində məhdudiyyətlər yaranacaq. Təmir işləri başa çatdıqdan sonra qaz təchizatı bərpa olunacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR