Azərbaycanın «Gədəbəy» yatağında qızıl ehtiyatlarının həcmi artırılıb

Azərbaycanın «Gədəbəy» yatağında qızıl ehtiyatlarının həcmi artırılıb
# 29 oktyabr 2010 11:08 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Böyük Britaniyanın «Anglo Asian Mining Plc.» şirkəti tərəfindən işlənilən Azərbaycanın «Gədəbəy» qızıl yatağında ehtiyatların həcmi yenidən qiymətləndirilərək 704 min unsiyaya çatdırılıb. «APA-Economics»in məlumatına görə, yatağın qiymətləndirilməsi dağ-mədən sahəsində məsləhətçi xidmətləri göstərən «SGS Canada Incorporated Geostat Group» şirkəti tərəfindən aparılıb. Beləliklə, yeni hesabat yatağın ehtiyatlarını 2006-cı ildə aparılmış qiymətləndirmədən xeyli artırıb.

Qeyd edək ki, geoloji struktur üzrə yeni məlumat geoloji modelə daxil edilib və hesabat həmin modelə əsaslanır.

Xatırladaq ki, mineral ehtiyatların istismarına dair bağlanmış 30 illik müqavilədə Azərbaycan hökumətinin iştirak payı 51%, Böyük Britaniyanın «Anglo Asian Mining Plc.» şirkətinin payı isə 49% təşkil edir. Şirkətə müqavilə əsasında 6 sahə verilib. Bu sahələrdən 1-i Naxçıvan MR-da, 1-i Tovuzda, 1-i Gədəbəydə, 3-ü isə işğal altında olan ərazilərdədir (Kəlbəcərdəki «Söyüdlü» (Zod), Ağdərədəki «Qızılbulaq» və Zəngilandakı «Vəcnəli» yataqları). Sazişin göstəricilərinə görə, bu yataqlardan təxminən 400 ton qızıl, 2500 ton gümüş və 1,5 mln. ton mis hasil etmək nəzərdə tutulub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR