Gürcüstanda «SOCAR» brendli daha 8 yanacaqdoldurma məntəqəsi istifadəyə verilib

Gürcüstanda «SOCAR» brendli daha 8 yanacaqdoldurma məntəqəsi istifadəyə verilib
# 03 yanvar 2011 09:47 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Gürcüstanda həyata keçirdiyi investisiya proqramının davamı olaraq «SOCAR Energy Georgia» MMC «SOCAR» brendli daha 8 yanacaqdoldurma məntəqəsini istifadəyə verib.

ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, bu yanacaqdoldurma məntəqələri «SOCAR Georgia Petroleum» MMC tərəfindən inşa olunub. Yeni məntəqələr Tiflis şəhərində, Xaraqauli rayonunda, Samtrediya rayonunun İaneti qəsəbəsində, Sığnağı rayonunun Çnori qəsəbəsində, Acarıstan Muxtar Respublikasının Xelvaçauri rayonunda, Bolnisi rayonunun Faxralı və Kəpənəkçi kəndlərində, habelə Lagodexi rayonunun Qabal kəndində istifadəyə verilib. Bununla da «SOCAR Energy Georgia» MMC-yə məxsus yanacaqdoldurma məntəqələrinin sayı 64-ə çatıb. Qeyd edək ki, həmin yanacaqdoldurma məntəqələrində təqribən 50 nəfər azərbaycanlı daimi iş yerləri ilə təmin olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR