Rusiya ilə Çin arasında inşa edilən neft kəməri işə salınıb

Rusiya ilə Çin arasında inşa edilən neft kəməri işə salınıb
# 03 yanvar 2011 09:00 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Rusiya ilə Çin arasında inşa edilən neft kəməri işə salınıb. «APA-Economics»in BBC-yə istinadən verdiyi məlumata görə, kəmərin rəsmi açılış mərasimi 2010-cu ildə keçirilsə də, yalınz bu günlərdə neft kəməri ilk dəfə işə düşüb. Bundan öncə Rusiyadan Çinə neft dəmir yolu vasitəsilə nəql edilib, ölkələr arasında inşa edilən kəmər isə Rusiyadan Çinə ixrac olunan neftin həcmini artırmağa imkan yaradacaq. Belə ki, kəmər vasitəsilə gündə 300 min barel neft Rusiyadan Çinə göndəriləcək.
Skovorodino-Datsin şəhərlərini birləşdirən kəmər vasitəsilə Rusiyanın «Rosneft» dövlət konserni «qara qızılı» Çinin aparıcı «PetroChina» energetika şirkətinə satacaq.

Qeyd edək ki, Rusiya ilə Çin arasında mövcud neft kəmərinin inşasına 25 milyard ABŞ dolları xərclənib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR