Rusiya neft-qaz hasilatını artırıb

Rusiya neft-qaz hasilatını artırıb
# 03 yanvar 2011 11:15 (UTC +04:00)
Bakı. Nicat Mustafayev-APA-Economics. Ötən il ərzində Rusiya 650,311 mlrd. kubmetr qaz və 505,194 mln. ton neft hasil edib. “APA-Economics”in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, 2009-cu illə müqayisədə Rusiya qaz hasilatını 11,5%, neft hasilatını isə 2,2% artırıb. Hesabat ilində Rusiya qaz ixracını 2009-cu illə müqayisədə 10,6% artıraraq 184,944 mlrd. kubmetrə çatdırıb. Rusiyanın neft ixracına gəldikdə isə 2010-cu ildə bu göstərici 2009-cu ilə nisbətən 0,6% azalaraq 246,816 mln. ton təşkil edib. Qeyd edək ki, 2009-cu ildə Rusiyada qaz hasilatı 2008-ci illə müqayisədə 12,4% azalaraq 582,4 mlrd. kubmetr, neft hasilatı isə 1,2% artaraq 494 mln. ton təşkil edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR