Azərbaycan Novorossiysk limanından neft ixracını azaldıb
05 yanvar 2011 15:40 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Ötən ilin dekabr ayında Azərbaycan Novorossiysk limanından neft ixracını azaldıb.
ARDNŞ-dən «APA-Economics»ə verilən məlumata görə, şirkətin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi dekabr ayında Novorossiysk limanından 165 578 ton xam neft ixrac edib. Bu, noyabr ayına nisbətən 128 399 ton və ya 43,7% az, ötən ilin dekabr ayı ilə müqayisədə isə 26 136 ton və ya 18,7% çoxdur.
Ümumilikdə yanvar-dekabr aylarında Novorossiysk limanından Azərbaycan neftinin ixracı əvvəlki ilə nisbətən azalıb. 2010-cu ilin yanvar-dekabr ayları ərzində həmin istiqamətdə 2 240 057 ton xam neft ixrac edilib. Bu, ötən ilin eyni dövrünə nisbətən 239 914 ton və ya 9,7% azdır. Dekabr ayında dünya bazarında Brent tipli xam neftin 1 bareli 91,36 ABŞ dollarına, Urals nefti 89,62 dollara, BTC FOB Ceyhan tipli xam neftin 1 bareli isə 92,87 dollara satılıb. Bu, bir ay əvvəlki qiymətlərə nisbətən 5,7-7,8 %, bir il əvvələ nisbətən isə 21,3-23,5% çoxdur.