Azərbaycan və Gürcüstan arasında yeni elektrik xətti çəkilir

Azərbaycan və Gürcüstan arasında yeni elektrik xətti çəkilir
# 06 yanvar 2011 08:30 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan və Gürcüstan arasında yeni 500 kV gücündə elektrik xətti tikiləcək. Xəttin artıq 2011-ci ilin sonunda istifadəyə verilməsi planlaşdırılır. «APA-Economics»in məlumatına görə, bu bəyanatla Gürcüstanın energetika naziri Aleksandr Xetaquri çıxış edib.

A.Xetaqurinin sözlərinə görə, cari ildə «EnergoPro Georgia» şirkəti tərəfindən Sarpidən (Gürcüstan) Muratlıya (Türkiyə) qədər əlavə xətt tikiləcək. Gücü 500 kV olan bu xətt artıq 2009-cu ildən tikilməkdədir və onun cari ildə tamamlanması nəzərdə tutulub.

Qeyd edək ki, bu layihənin dəyəri 220 mln. avro təşkil edir və Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Almaniya İnkişaf Bankı (KFW) və Avropa İnvestisiya Bankı (EIB) tərəfindən maliyyələşdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR