Ağ Ev Meksika körfəzində baş vermiş neft axınına görə məsuliyyəti BP-nin üzərinə qoyub

Ağ Ev Meksika körfəzində baş vermiş neft axınına görə məsuliyyəti BP-nin üzərinə qoyub
# 06 yanvar 2011 10:47 (UTC +04:00)
Bakı - APA-Economics. ABŞ prezidenti Barak Obamanın təşəbbüsü ilə yaradılmış Komissiya Meksika körfəzində baş vermiş neft axını ilə bağlı hazırladığı yekun hesabatı açıqlayıb.

APA-Economics”in “Reuters”ə istinadən xəbərinə görə, hesabatda bildirilir ki, neft axınının əsas səbəbi BP şirkəti və onun tərəfdaşları tərəfindən təhlükəsizlik xərclərinin azaldılmasıdır.

Komissiyanın qənaətinə görə, Meksika körfəzindəki insident sistemli pozuntuların nəticəsidir və neft hasilatı sənayesində islahatlar aparılmasa, bu cür qəzalar digər platformalarda da baş verə bilər.

Xatırladaq ki, BP-nin Meksika körfəzindəki “Deepwater Horizon” platforması ötən il aprelin 22-də 36 saatlıq yanğından sonra batıb. Bu zaman baş verən partlayış 11 nəfərin həyatına son qoyub. Bu, ABŞ tarixində ən böyük ekoloji fəlakət sayılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR