«Azərenerji» və «Azərpoçt» arasında yeni müqavilə bağlanacaq

«Azərenerji» və «Azərpoçt» arasında yeni müqavilə bağlanacaq
# 07 yanvar 2011 07:38 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Yaxın vaxtlarda «Azərenerji» ASC və «Azərpoçt» Dövlət Müəssisəsi arasında poçt şöbələrinin enerji haqqının ödəmə məntəqələri kimi istifadə olunması barədə yeni müqavilənin imzalanacağı gözlənilir. Bu barədə «APA-Economics»ə «Azərpoçt»un müdir müavini Sübhan Kazımov məlumat verilib.

S.Kazımovun sözlərinə görə, tərəflər arasındakı əvvəlki müqavilənin müddətinin bitməsinə baxmayaraq, iki qurum arasında bu əməkdaşlığın davam etdirilməsinə dair artıq ilkin razılıq əldə olunub.

Qeyd edək ki, enerji təminatı smart-kart sayğacları ilə həyata keçirilən şəhər və rayonlarda ödəniş poçt məntəqələrində kartlara pulun yüklənməsi yolu ilə aparılıb. Lakin tərəflər arasında müqavilənin bitməsi ilə əlaqədar yeni ilin ilk günlərində bəzi poçtamtlardakı ödəmə məntəqələri ləğv olunub, elektrik şəbəkələrinin inzibati idarələri qarşısında kartları yükləmək üçün uzun növbələr yaranmışdı.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR