Ötən il ARDNŞ 136 min metrdən çox qazma işləri görüb

Ötən il ARDNŞ 136 min metrdən çox qazma işləri görüb
# 07 yanvar 2011 14:20 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Ötən ilin dekabr ayı ərzində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 7369 metr qazma işi həyata keçirib.

ARDNŞ-dən «APA-Economics»ə verilən məlumata görə, bu sahədə görülmüş işlərin 7169 metri istismara, 200 metri kəşfiyyata aiddir. Həyata keçirilmiş kəşfiyyat qazmasının hamısı struktur axtarış qazmasına aid olub.

Ümumiyyətlə, 2010-cu ilin yanvar-dekabr aylarında ARDNŞ üzrə (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 136324 metr qazma işi görülüb ki, bunun da 127858 metri istismara, 8466 metri kəşfiyyata (o cümlədən 1785 metr struktur axtarış qazması) aid olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR