ARDNŞ 2011-ci il üçün prioritet istiqamətlərini müəyyənləşdirib

ARDNŞ 2011-ci il üçün prioritet istiqamətlərini müəyyənləşdirib
# 07 yanvar 2011 16:06 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu gün Bakıda Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Şurasının iclası keçirilib.

ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, iclasda 2010-cu ildə Şirkətin fəaliyyətinin yekunları və 2011-ci ildə qarşıda duran vəzifələr müzakirə edilib. ARDNŞ-ın fəaliyyətinin müxtəlif sahələri üzrə məruzələr dinlənilib və ətraflı fikir mübadiləsi aparılıb.

Müzakirələrə yekun vuran ARDNŞ prezidenti Rövnəq Abdullayev şirkətin öz inkişafında yeni mərhələyə qədəm qoyduğunu bildirib və 2011-ci il üçün şirkətin fəaliyyət prioritetlərinin müəyyən olunduğunu qeyd edib.

Şuranın qərarı ilə neft və qaz ehtiyatlarının artırılması, qazma həcminin genişləndirilməsi, «Günəşli» və «Neft Daşları» yataqlarında yeni özüllərin tikilib istismara verilməsi, yeraltı qaz anbarlarında və kompressor stansiyalarında yenidənqurma işlərinin başa çatdırılması, neft, qaz emalı və neft kimyası kompleksində məhsul çıxımının artırılması, istehsal olunan benzinlərin keyfiyyətinin yaxşılaşdırılması, bu kompleksin qarşıdakı 6-8 il müddətində səmərəli işləməsi üçün lazım gələn digər layihələrin icra edilməsi, həmçinin ARDNŞ-ın beynəlxalq reytinq göstəricilərinin daha da yüksəldilməsi və digər məsələlər 2011-ci ildə Şirkətin qarşısında duran başlıca vəzifələr kimi təsdiq olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR