Azərbaycan BTC ilə neft nəqlini artırıb

Azərbaycan BTC ilə neft nəqlini artırıb
# 07 yanvar 2011 16:01 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Ötən ilin dekabr ayı ərzində Bakı-Tiflis-Ceyhan (BTC) əsas ixrac boru kəməri vasitəsilə 2,8 mln. ton Azərbaycan nefti nəql olunub ki, bu da əvvəlki ayla müqayisədə 6,6% azdır, 2009-cu ilin dekabr ayına nisbətən isə kəmər vasitəsilə nəql edilmiş neftin həcmi dəyişməz qalıb.

Azərbaycan Dövlət Neft Şirkətindən «APA-Economics»ə verilən məlumata görə, 2010-cu ilin yanvar-dekabr aylarında BTC kəməri ilə 37 mln. ton neft ötürülüb ki, 2009-cu illə müqayisədə bu göstərici 2,2% çoxdur.

Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2011-ci il yanvar ayının 1-dək BTC-yə 143,5 mln. ton neft vurulub.

Bundan başqa, ötən ilin dekabr ayında BTC kəməri ilə 215 640 ton Türkmənistan nefti nəql olunub, 2010-cu ilin yanvar-dekabr aylarında isə bu göstərici 1,27 mln. ton təşkil edib.

Qeyd edək ki, BTC-nin səhmdarları sırasına «BP-Azerbaijan» (30,1%), AzBTC (25%), «Chevron» (8,9%), «Statoil» (8,71%), TPAO (6,53%), ENI (5%), «Total» (5%), «Itochu» (3,4%), «Inpex» (2,5%), «ConocoPhillips» (2,5%) və «Hess» (2,36%) şirkətləri daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR