Ceyhan limanından dünya bazarlarına çıxarılan Azərbaycan neftinin həcmi son bir ildə 3% artıb

Ceyhan limanından dünya bazarlarına çıxarılan Azərbaycan neftinin həcmi son bir ildə 3% artıb
# 07 yanvar 2011 16:15 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Ötən ilin dekabr ayı ərzində Ceyhan limanından dünya bazarlarına 3,23 mln. ton Azərbaycan nefti çıxarılıb ki, bu da 2010-cu ilin noyabr ayı ilə müqayisədə 9,1%, 2009-cu ilin dekabr ayı ilə müqayisədə isə 15,3% çoxdur.

Azərbaycan Dövlət Neft Şirkətindən «APA-Economics»ə verilən məlumata görə, ötən ilin yanvar-dekabr aylarında bu göstərici 37,3 mln. ton təşkil edib ki, 2009-cu ilin analoji dövrü ilə müqayisədə Ceyhan limanından dünya bazarlarına çıxarılmış Azərbaycan neftinin həcmi 2,7% artıb.

Ümumiyyətlə, Bakı-Tiflis-Ceyhan əsas ixrac boru kəməri istismara verilən gündən 2011-ci ilin yanvar ayının 1-dək Ceyhan limanından 141,9 mln. ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR