“Darvin bankası”nda yeni quyu qazılır

“Darvin bankası”nda yeni quyu qazılır
# 10 yanvar 2011 10:16 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Azərbaycan Dövlət neft Şirkətinin (ARDNŞ) Kompleks Qazma İşləri Trestinin “Neft Daşları” DQİİ “Abşeronneft” NQİ-nin sifarişi ilə “Darvin bankası” yatağındakı yeni meydançadan ilk quyunun qazma işlərinə başlayıb.

Qirməki Lay Dəstəsinə qazılan quyunun layihə dərinliyi 1280 metrdir. Quyudan sutkada 5 ton neft hasil ediləcəyi proqnozlaşdırılır.

Qeyd edək ki, bu meydançadan ümumilikdə 20 quyunun qazılması planlaşdırılır. Geoloqların hesablamalarına görə, orta dərinliyi 1350 metr təşkil edəcək quyuların hər birindən sutkada 5 ton neft alınacağı gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR