Kristian Dolejal: «Bu il «Nabucco» layihəsi üzrə vacib qərarların qəbul edilməsi gözlənilir»

Kristian Dolejal: «Bu il «Nabucco» layihəsi üzrə vacib qərarların qəbul edilməsi gözlənilir»
# 11 yanvar 2011 14:26 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bunu «Nabucco Gas Pipeline İnternational GmbH.» konsorsiumunun korporativ əlaqələr və ictimaiyyətlə iş üzrə rəhbəri Kristian Dolejal (Christian Dolezal) bildirib.

Onun sözlərinə görə, Avropa İttifaqı «Nabucco» layihəsi üçün Azərbaycan və Türkmənistan kimi potensial mənbə olan ölkələrlə onun əlaqə və münasibətlərinə əsaslanmağa ehtiyac duyur: «Mərkəzi və Qərbi Avropanın növbəti iki onillikdə qaz qiymətlərinin onun enerji təchizatındakı əhəmiyyətli qaz qıtlığı ilə üyğunlaşması Avropaya istifadə edilməmiş imkanları tapmaq vacibdir».

K.Dolejal onu da bildirib ki, «Nabucco Gas Pipeline İnternational GmbH.» konsorsiumu Mərkəzi Asiyada dialoqa və əməkdaşlığa ümid edir və ölkələrlə əlaqələri yaratmaq üçün Avropa İttifaqı təşkilatlarının işini dəstəkləyir və «Nabucco» kimi əsaslı layihələri iki regionun daha da yaxınlaşmasına kömək edəcək.

Qeyd edək ki, yanvarın 13-də Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozo və Avropa İttifaqının enerji məsələləri üzrə ali komissarı Günter Ottinger Azərbaycana səfər edəcəklər. Onlar ilk öncə Azərbaycan prezidenti İlham Əliyevlə görüşəcəklər. Görüş zamanı Azərbaycan-Avropa İttifaqı münasibətlərinin bütün spektrləri, o cümlədən energetika məsələləri müzakirə olunacaq. Səfər zamanı bir sıra sənədlərin imzalanması gözlənilir. J.M.Barrozo yanvarın 14-də baş nazir Artur Rəsizadə ilə görüşəcək, daha sonra Azərbaycan universitetlərindən birində Azərbaycan-Avropa İttifaqı münasibətləri mövzusunda mühazirə söyləyəcək. Avropa Komissiyasının prezidenti yanvarın 14-də Azərbaycandan Türkmənistana yola düşəcək.

Xatırladaq ki, Xəzər regionundan Türkiyə və Balkan yarımadası vasitəsilə Mərkəzi Avropaya təbii qazın ixracı üçün nəzərdə tutulan «Nabucco» kəmərinin inşası məqsədilə yaradılan «Nabucco Gas Pipeline İnternational GmbH.» konsorsiumuna OMV (Avstriya), MOL (Macarıstan), «Transgaz» (Rumıniya), «Bulgargaz» (Bolqarıstan), «BOTAŞ» (Türkiyə) və RWE (Almaniya) şirkətləri qoşulub. Hər bir tərəfdaş şirkətin konsorsiumda payı 16,67% təşkil edir. Layihənin xərclərinin 1/3-i səhmdarlar tərəfindən, qalan hissəsi isə maliyyə-kredit təşkilatları tərəfindən maliyyələşdiriləcək.

İtaliya bəstəkarı Cüzeppe Verdinin 1842-ci ildə yazdığı operanın personajı Babil kralının adı ilə adlandırılan boru xəttinin uzunluğu 3 300 km olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR