Azərbaycanın «Pirallahı» yatağında yeni quyu qazılır

Azərbaycanın «Pirallahı» yatağında yeni quyu qazılır
# 12 yanvar 2011 07:29 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Kompleks Qazma İşləri Trestinin «Neft Daşları» DQİ İdarəsi «Pirallahı adası – dəniz» yatağındakı 1100 nömrəli özüldə növbəti 4-cü quyunun qazmasına başlayıb.

ARDNŞ-dən «APA-Economics»ə verilən məlumata görə, Qirməkialtı Lay Dəstəsinə qazılan 1102 nömrəli həmin quyunun layihə dərinliyi 1100 metrdir. Bu ilin mart ayında təhvil verilməsi nəzərdə tutulan quyu «Abşeronneft» NQÇİ tərəfindən istismar olunacaq. Geoloqların hesablamalarına görə, quyudan sutkada 7 ton neft hasil ediləcəyi gözlənilir. Ümumilikdə 1100 nömrəli özüldən 14 quyunun qazılması nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR