Azərbaycanın sənaye və energetika naziri İranın neft naziri ilə görüşüb

Azərbaycanın sənaye və energetika naziri İranın neft naziri ilə görüşüb
# 12 yanvar 2011 10:44 (UTC +04:00)
Bu barədə «APA-Economics»ə Azərbaycan Sənaye və Energetika Nazirliyinin mətbuat xidmətinin rəhbəri Azər Mənsimli məlumat verib.

«Görüş zamanı iki ölkə arasında neft-qaz və energetika sahəsində əməkdaşlıq müzakirə edilib, xüsusilə də neft-qaz yataqlarının birgə işlənilməsi, hasilat, nəql məsələləri, neft və qazın emalı, satışı və yaxud mübadiləsi, neft-kimya kompleksində əməkdaşlıq, birgə layihələrin həyata keçirilməsi, təcrübə mübadiləsi və bu kimi məsələlər müzakirə edilib», - deyə A.Mənsimli bildirib.

Nazirlik rəsmisi onu da qeyd edib ki, görüş zamanı Azərbaycanla İran arasında neft-qaz və energetika sahələrində birgə layihələrin (Azərbaycan, İran və ya üçüncü ölkədə) Enerji Bankının yaradılması təklifi səslənib: «Qərara alınıb ki, bu məsələ nəzərdən keçirilsin. Sözügedən bank, yaradılacağı halda iki ölkə arasında birgə layihələri maliyyələşdirəcək. Ekspertlər tərəfindən bu təklifin detalları öyrəniləcək».

Qeyd edək ki, görüşdə həmçinin alternativ energetika sahəsi ilə bağlı məsələlər, İran və Azərbaycan arasında bu sahədə əməkdaşlığın genişləndirilməsi və inkişafı məsələləri müzakirə olunub.

Görüşdə Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev də iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR