Azərbaycan neftinin Ukraynaya nəqli iki dəfə artıb

Azərbaycan neftinin Ukraynaya nəqli iki dəfə artıb
# 12 yanvar 2011 10:57 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA-Economics. Ötən il ərzində Azərbaycan neftinin Ukraynadakı neft emalı müəssisələrinə nəqli iki dəfə artıb. «APA-Economics»in Ukrayna KİV-nə istinadən verdiyi məlumata görə, 2009-cu ilə nisbətən 2010-cu ildə Ukraynaya emal üçün nəql olunmuş neftin həcmi 107,9% artaraq 1,614 mln. tona çatıb.

Qeyd edək ki, Azərbaycandan Ukraynaya daşınan xam neft Kremençuq Neftayırma Zavodunda emal olunur. Müəssisənin illik emal gücü isə 18,6 mln. tona bərabərdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR