Azərbaycan və İran üçüncü ölkədə birgə layihələr icra etmək niyyətindədir

Azərbaycan və İran üçüncü ölkədə birgə layihələr icra etmək niyyətindədir
# 12 yanvar 2011 14:52 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu gün Bakıda İranın neft naziri, Neft İxracatçısı Ölkələri Təşkilatı (OPEC) konfransının sədri Seyyid Məsud Mirkazeminin Azərbaycana səfərinin yekunlarına dair mətbuat konfransı keçirilib.

APA-Economics”in xəbərinə görə, nazir səfər çərçivəsində Azərbaycanın müvafiq hökumət qurumlarında bir sıra görüşlər keçirdiyini bildirib.

Onun sözlərinə görə, səfərin əsas məqsədi iki ölkə arasında enerji sahəsində əməkdaşlığın inkişaf etdirilməsidir: “Danışıqlar çərçivəsində neft və qaz ixracı, yeraltı qaz anbarları, elektrik enerjisi, kadr mübadiləsi və digər məsələlər ətrafında fikir mübadiləsi yaradılıb”.

Nazir qeyd edib ki, iki ölkə arasında yaradılan müştərək komitə 6 aydan bir görüşlər keçirəcək, ayı-ayrı sahələrdə əməkdaşlıq imkanları araşdırılacaq: “Görüşlər zamanı həmçinin Azərbaycanla İranın üçüncü ölkədə birgə layihələr icra etmək imkanları da müzakirə olundu”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR