Azərbaycan və İran Enerji Bankının yaradılması üçün müzakirələrə başlayır

Azərbaycan və İran Enerji Bankının yaradılması üçün müzakirələrə başlayır
# 12 yanvar 2011 14:54 (UTC +04:00)
APA-Economics”in xəbərinə görə, bunu İranın neft naziri, Neft İxracatçısı Ölkələri Təşkilatı (OPEC) konfransının sədri Seyyid Məsud Mirkazemi Azərbaycana səfərinin yekunlarına dair keçirdiyi mətbuat konfransı deyib.

Onun sözlərinə görə, hər iki ölkədə neft və qaz sahəsinə yatırmaq üçün investisiya imkanları var: “Bu ölkələrdə fəaliyyət göstərən neft və qaz şirkətləri maraqlı olarsa, Enerji Bankının yaradılması baş tuta bilər. Bu istiqamətdə araşdırmalar aparılacaq. Şirkətlər öz sərmayələrini bu banka etibar edə bilərlər. Bank isə həm Azərbaycanda, həm İranda, həm də üçüncü ölkədə birgə layihələri maliyyələşdirə bilər”.

Nazir qeyd edib ki, Enerji Bankının yaradılmasına dair danışıqların növbəti raundu və müzakirələr komitə çərçivəsində Tehranda aparılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR