Sabah Şamaxının qaz təchizatında məhdudiyyətlər olacaq

Sabah Şamaxının qaz təchizatında məhdudiyyətlər olacaq
# 13 yanvar 2011 15:33 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Yanvarın 14-də Şamaxının qaz təchizatında məhdudiyyətlər olacaq.

Azərbaycan Dövlət Neft Şirkətindən «APA-Economics»ə verilən məlumata görə, baş vermiş qaz sızmasının ləğvi ilə əlaqədar yanvarın 14-də saat 09:00-dan 18:00-dək Şamaxı, Çuxuryurd və Mədrəsə açıq qazpaylama stansiyalarında təbii qaz təchizatı dayandırılacaq. Həmin müddət ərzində Şamaxı şəhəri, Kərkənd, Mədrəsə, Muğanlı, Mirikənd, Mərcəy, Qaravəlli, Qurdtəpəkənd, Məlhəm, Çuxuryurdkənd, Əngixaran və Pirqulu kəndlərinə təbii qazın verilişində məhdudiyyətlər yaranacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR