Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti «Total» şirkətinin vitse-prezidenti ilə görüşüb

Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti «Total» şirkətinin vitse-prezidenti ilə görüşüb
# 14 yanvar 2011 14:13 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev Fransanın «Total E&P» şirkətinin Kontinental Avropa və Mərkəzi Asiya üzrə baş vitse-prezidenti Maykl Borrellin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, görüş zamanı R.Abdullayev 2010-cu ilin Azərbaycan iqtisadiyyatı üçün uğurlu olduğunu qeyd edib, qazanılan nailiyyətlərdən söz açıb, xarici tərəfdaşların rolunu vurğulayıb.

Öz növbəsində M.Borrell 2011-ci ildə Azərbaycan neft-qaz sənayesinin daha böyük uğurlar qazanacağına əminliyini bildirib.

Görüşdə ARDNŞ və «Total»ın Azərbaycanda birgə həyata keçirdiyi layihələrin gedişi və bu istiqamətdə mümkün perspektivlər müzakirə olunub. Tərəflər görülən işlərdən razılığını ifadə edib, qarşıda duran vəzifələrdən danışıb.

Qeyd edək ki, Fransanın «Total» şirkəti hər birində 10% paya malik olan «Şahdəniz» layihəsinin və Bakı-Tiflis-Ərzurum kəmərinin səhmdarıdır. Eyni zamanda, şirkətin «Abşeron» dəniz blokunun işlənməsi layihəsində 20% iştirak payı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR