ARDNŞ Rusiya-Ermənistan qaz kəmərini almaq üçün Gürcüstan hökuməti ilə danışıqlar aparır

ARDNŞ Rusiya-Ermənistan qaz kəmərini almaq üçün Gürcüstan hökuməti ilə danışıqlar aparır
# 14 yanvar 2011 16:21 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bu barədə ARDNŞ prezidenti Rövnəq Abdullayev bildirib.

Onun sözlərinə görə, indi ARDNŞ-nin Gürcüstan nümayəndəliyi bununla bağlı Gürcüstan hökuməti və Gürcüstanın Qaz Korporasiyası ilə danışıqlar aparır: “Azərbaycan tərəfi bu kəmərdən öz qazının Qara dəniz sahillərinə çıxarılması üçün istifadə etmək niyyətindədir. Bildiyiniz kimi, AGRİ layihəsinə əsasən Azərbaycan qazının Gürcüstanın Qara dəniz sahillərinə çatdırılması və burda sıxılaraq sıxılmış qazın Bolqarıstan və Rumıniyaya çatdırılması nəzərdə tutulur”.

Qeyd edək ki, artıq Gürcüstan tərəfi bu kəməri Gürcüstan üçün strateji layihələr siyahısından çıxarıb: “Artıq bu kəmər Gürcüstan üçün strateji kəmər sayılmır və onun satışına hazırlıq gedir”.

Qeyd edək ki, Azərbaycan, Gürcüstan və Rumıniya arasında AGRİ layihəsinin reallaşması ilə bağlı anlaşma memorandumu 2010-cu il aprelin 13-də Buxarestdə imzalanıb. Layihə çərçivəsində gələcəkdə Azərbaycan təbii qazının Qara dəniz sahillərinə nəql olunması, burada xüsusi terminalda sıxılması, Qara dəniz vasitəsilə tankerlə Rumıniyanın Konstansa limanındakı terminala çatdırılması, daha sonra isə yenidən bu ölkənin ərazisində mövcud qaz infrastrukturu şəbəkəsi ilə Rumıniya və digər Avropa ölkələrinin tələbatlarının ödənilməsinə yönəldilməsi planlaşdırılır. Rumıniyaya Gürcüstan vasitəsilə göndəriləcək Azərbaycan qazının ilk versiyada həcmi 2 mlrd. kubmetr, ikinci versiyada 5 mlrd. kubmetr, üçüncü versiya üzrə isə 8 mlrd. kubmetr təşkil edəcəyi gözlənilir. Həcmdən asılı olaraq layihənin dəyəri 1,2-4,5 mlrd. avro məbləğində dəyişə bilər. Lakin yekun həcm və məbləğ texniki-iqtisadi əsaslandırma hazır olandan sonra müəyyənləşəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR