Azərbaycan Dövlət Neft Şirkəti Balaxanı tullantı poliqonunda monitorinqi davam etdirir

Azərbaycan Dövlət Neft Şirkəti Balaxanı tullantı poliqonunda monitorinqi davam etdirir
# 15 yanvar 2011 07:51 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) Ekologiya İdarəsinin Ekoloji Monitorinq Departamenti ətraf mühitin cari vəziyyətinin qiymətləndirilməsi məqsədilə Balaxanı şəhər tullantılarının zərərsizləşdirilməsi poliqonunda aparılan monitorinq işlərini davam etdirir.

ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, monitorinqin keçirilməsində əsas məqsəd ərazinin torpaq, su və hava mühitinin çirklənmə səviyyəsini müəyyənləşdirməkdən ibarətdir. Bunun üçün əvvəlcədən təyin edilmiş nöqtələrdən nümunələr götürülüb və Ekoloji Monitorinq Departamentinin müasir tipli cihazlarla təchiz edilmiş Kompleks Tədqiqatlar Laboratoriyasında təhlil olunub. Tədqiqatlar nəticəsində müəyyən edilib ki, ərazidə (torpaq, su və havada) təsir parametrləri keyfiyyət baxımından xeyli yaxşılaşıb. Həmçinin, ərazinin radiasiya fonu ölçülərək şüalanma ekspozisiya dozasının normaya uyğun olduğu qeyd edilib.

Bundan başqa, monitorinqin nəticələri göstərib ki, «Təmiz Şəhər» ASC tərəfindən aparılan məqsədyönlü fəaliyyət nəticəsində keçmiş Balaxanı tullantı poliqonunda ekoloji vəziyyət xeyli yaxşılaşıb. Ərazidə tullantıların idarə olunması qanunvericilikdə nəzərdə tutulmuş qaydalara uyğun həyata keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR