Azərbaycan neft və qaz hasilatını artırıb

Azərbaycan neft və qaz hasilatını artırıb
# 15 yanvar 2011 08:10 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Ötən il Azərbaycanda 51 mln. ton neft və 27 mlrd. kubmetr qaz hasil olunub.

«APA-Economics»in məlumatına görə, 2009-cu illə müqayisədə ölkədə hasil olunan neftin həcmi 1,2%, qazın həcmi isə 14,4% artıb.

Qeyd edək ki, ötən ilin əvvəlində Azərbaycanda 2010-cu il ərzində neft hasilatının 52 mln. ton, qaz hasilatının isə 30 mlrd. kubmetr təşkil edəcəyi proqnozlaşdırılırdı.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR