Türkmənistan prezidenti və Avropa Komissiyasının sədri əməkdaşlıq perspektivlərini müzakirə edirlər

Türkmənistan prezidenti və Avropa Komissiyasının sədri əməkdaşlıq perspektivlərini müzakirə edirlər
# 15 yanvar 2011 12:22 (UTC +04:00)
Hazırda görüş davam edir. APA-nın məlumatına görə, bu, Avropa Komissiyası sədrinin Türkmənistana ilk rəsmi səfəridir. «Görüşdə tərəflər ikitərəfli əməkdaşlıq perspektivlərinin, o cümlədən enerji sektorunda, əsas istiqamətləri üzrə fikir mübadiləsi aparacaq», - deyə Türkmənistan prezidentinin mətbuat xidmətindən bildirilib.
Bununla yanaşı, Türkmənistanın Avropa İttifaqının müxtəlif layihələrində iştirakı, habelə aktual beynəlxalq siyasi məsələlər diqqət mərkəzində saxlanılacaq.
Qeyd edək ki, Avropa Komissiyasının sədri J.M.Barrozo yanvarın 13-14-də Azərbaycanda səfərdə olub və Bakıda «Nabucco» layihəsi ilə bağlı birgə bəyannamə qəbul olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR