«Rosneft» və «BP» şirkətləri Arktik şelfin Rusiya hissəsində birgə kəşfiyyat aparacaq

«Rosneft» və «BP» şirkətləri Arktik şelfin Rusiya hissəsində birgə kəşfiyyat aparacaq
# 15 yanvar 2011 15:56 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Rusiyanın «Rosneft» və Böyük Britaniyanın «BP» neft şirkətləri Arktik şelfin Rusiya hissəsində neft çıxarılması ilə bağlı razılaşmaya gəliblər.
APA-nın «RİA-Novosti» agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə «BP» şirkətinin rəhbəri Robert Dadli «Russia Today» televiziya kanalına müsahibəsində açıqlama verib.
O bildirib ki, bu istiqamətdə işlər yaxın 5-10 il ərzində başlaya bilər: «Burada söhbət karbohidrogen yataqlarının 50 illik istismarı proqramından gedir. Mütəxəssislər təxirə salınmadan kəşfiyyat işlərinə başlamalıdırlar».
Rusiya baş nazirinin müavini, «Rosneft»in Direktorlar Şurasının rəhbəri İqor Seçin isə bildirib ki, bu layihə «Rosneft»in beynəlxalq holdinqə çevrilməsi istiqamətində aparılan strategiyanın tərkib hissəsidir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR