Azərbaycan Rusiyaya qaz ixracını artırır

Azərbaycan Rusiyaya qaz ixracını artırır
# 19 yanvar 2011 07:17 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA- Economics. Azərbaycan 2011-ci ildə Rusiyaya təbii qaz ixracını təqribən iki dəfə artırmaq niyyətindədir. Belə ki, bu il Azərbaycan şimal istiqamətində 1,5 mlrd. kubmetr qaz ixrac etməyi planlaşdırır. «APA- Economics»in məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin I vitse-prezidenti Xoşbəxt Yusifzadə bildirib.

Onun sözlərinə görə, Rusiyaya ixrac olunan qazın gələcəkdə tələb olunan həcmdə və təzyiqlə nəqlini təmin etmək məqsədilə Siyəzən kompressor stansiyasında yenidənqurma və təmir-bərpa işləri aparılıb.

Xatırladaq ki, 2010-cu ildə Azərbaycan Rusiyaya 799,8 mln. kubmetr qaz ixrac edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR