Azərbaycanda IPI indeksi dekabrda kəskin azalıb

Azərbaycanda IPI indeksi dekabrda kəskin azalıb
# 19 yanvar 2011 07:48 (UTC +04:00)
«APA-Economics»in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, bu indeks ötən ilin noyabrında 133,1%-ə bərabər olub:




IPI indeksi hesabat ayında istehsal olunmuş sənaye məhsul və xidmətlərin pul ifadəsində həcminin əvvəlki ayın eyni göstəricisinə olan və faizlə ifadə olunan nisbətidir. Belə ki, indeks dekabr ayında istehsal edilmiş məhsulun dəyərinin (2,179 mlrd. manat) noyabrda istehsal edilmiş məhsulun dəyərinə (2,767 mlrd. manat) bölünməsi yolu ilə hesablanıb.

Göründüyü kimi, 2010-cu ildə IPI ən aşağı həddə məhz dekabrda çatıb. İndeksin bu dərəcədə enməsi və onun 100%-dən aşağı olması dekabrda sənaye istehsalının noyabra nisbətən həm həcm baxımından azalması, həm də aylıq dinamika baxımından mənfi nəticəyə malik olması ilə əlaqəlidir. Belə ki, dekabrda Azərbaycanda sənaye istehsalı noyabr ayına nisbətən 21,2% azalıb.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2010-cu ildə ölkədə sənaye istehsalı 27 434,6 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR