“Kulevi Qara Dəniz Terminalı” Rioni çayı boyunca sahilbərkitmə işlərini davam etdirir

“Kulevi Qara Dəniz Terminalı” Rioni çayı boyunca sahilbərkitmə işlərini davam etdirir
# 20 yanvar 2011 11:27 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Gürcüstanda idarə etdiyi «Kulevi Qara Dəniz Terminalı» neft-qaz sənayesində mövcud olan ən müasir təbiəti mühafizə təcrübəsindən istifadə edərək sahilbərkitmə işlərini davam etdirir.

ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, terminalın yerləşdiyi ərazidə dəmir yolu və Kulevi limanının sahil zonası boyunca Rioni çayının sahillərini bərkitməyə ehtiyac yaranıb. Bu məqsədlə terminalda yerləşən hidrotexniki qurğuların qasırğa zamanı yaranan dalğalardan mühafizəsi üçün xüsusi beton konstruksiyalardan - tetrapodlardan istifadə edilir. Artıq belə tetrapodlardan 500 ədədi Kulevi terminalında quraşdırılıb.

Qeyd edək ki, tetrapodlar terminala məxsus beton zavodunda istehsal olunur. Rioni çayı sahili boyunca dəmir yolu kənarlarının bərkidilməsi üçün bazalt daşlarından istifadə edilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR