Enerji layihələri üzrə Azərbaycan-Ukrayna işçi qrupunun ilk iclası Bakıda keçiriləcək

Enerji layihələri üzrə Azərbaycan-Ukrayna işçi qrupunun ilk iclası Bakıda keçiriləcək
# 22 yanvar 2011 09:27 (UTC +04:00)
“Ukrayna və Azərbaycan prezidentləri Şurasının qərarı ilə yaradılmış enerji layihələri üzrə işçi qrupun birinci iclası Bakıda keçiriləcək” deyən diplomatın sözlərinə görə, işçi qrup orta və uzaq perspektivdə əməkdaşlığa dair plan hazırlayacaq.

M. Blaşşuk, həmçinin bildirib ki, 2010-cu ildə Ukraynanın Kremençuq neftayırma zavodunda 1 mln. 400 min ton Azərbaycan nefti emal olunub. Bunun böyük rəqəm olduğunu söyləyən diplomat bildirib ki, Ukrayna, cari ildə alınan nefti iki dəfə artırmaq niyyətindədir.

Ölkələrimiz arasında mal dövriyyəsinin həcminə dair sualı cavablandıran müvəqqəti işlər vəkili deyib ki, ötən ilin 11 ayının göstəricilərinə görə, bu rəqəm 1 milyard 430 milyon dollar təşkil edir. Azərbaycan tərəfdən mal dövriyyəsinin 530 faiz artığını qeyd edən diplomat, bunun neftin ixracı hesabına olduğunu deyib. O, həmçinin bildirib ki, Ukraynadan Azərbaycana ixrac olunan malların həcminin artımı 10 faiz təşkil edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR