Bakı-Ərzurum boru kəməri ilə qazın nəqli ötən il 6% azalıb

Bakı-Ərzurum boru kəməri ilə qazın nəqli ötən il 6% azalıb
# 24 yanvar 2011 07:24 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Ötən il ərzində Azərbaycanın magistral neft kəmərləri ilə 50 mln. ton neft nəql edilib ki, bu da 2009-cu ilə nisbətən 1% azdır.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, nəqletmənin 76,6%-i ölkənin əsas nəqliyyat infrastrukturlarından olan Bakı-Tiflis-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib və ötən il ərzində bu kəmər vasitəsilə 38,3 mln. ton neft ötürülüb, bu da əvvəlki illə müqayisədə 0,3% çoxdur.

Bundan başqa, ötən ilin iyul ayından başlayaraq gəmilər vasitəsilə ölkəyə gətirilərək Səngəçal terminalından BTC kəməri ilə altı ay ərzində 1,3 mln. ton Türkmənistan nefti nəql edilib.

Hesabat ilində həmçinin Azərbaycanın magistral qaz kəmərləri ilə 17,3 mlnrd. kubmetr və ya 7,1% çox qaz nəql edilib. Nəql edilmiş qazın 28,2%-i Bakı-Tiflis-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib və bu kəmərlə 2010-cu ildə 4,9 mlrd. kubmetr qaz ötürülüb. Əvvəlki ilə nisbətən sözügedən kəmərlə qazın nəqli 5,8% azalıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR