“SOCAR Georgia Gas” şirkəti Poti şəhərində qaz kəməri inşa edib - YENİLƏNİB

“SOCAR Georgia Gas” şirkəti Poti şəhərində qaz kəməri inşa edib - <font color=red>YENİLƏNİB</font>
# 24 yanvar 2011 15:08 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, mərasimdə Gürcüstan prezidenti Mixeil Saakaşvili, ölkənin energetika naziri Aleksandr Xetaquri, Poti şəhərinin meri və Sameqrelo regionunun qubernatoru, ARDNŞ prezidenti Rövnəq Abdullayev, ARDNŞ-nin digər təmsilçiləri iştirak edib.

Mərasimdə prezident Mixail Saakaşvili ümumi qaz xəttinin bir nöqtəsini məşəl ilə alovlandırıb. Sonra prezident Poti şəhər sakininin mənzilinə çəkilən qazın necə yanmasını yoxlayıb. O, şəhər sakinləri ilə görüşüb, onlara Azərbaycan qazının nəhayət Poti şəhərinə çəkilməyini qeyd edib.

Mərasimdə bildirilib ki, 6,8 km uzunluğunda olan qaz kəməri 9 yaşayış korpusu və özəl sektor obyektlərini əhatə edir və 707 potensial abonentin təbii qazla təmin edilməsinə imkan yaradacaq. Bu, həm də onunla əlamətdardır ki, indiyədək Poti şəhəri heç vaxt təbii qazla təchiz edilməyib və şəhərin qazlaşdırılması onun sosial-iqtisadi inkişafına təkan verəcək.

Tədbirdə Gürcüstanın qazlaşdırılması istiqamətində son dövrdə xüsusilə sürətləndirilmiş tədbirlərin həyata keçirilməsində ARDNŞ və onun qonşu ölkədəki törəmə müəssisələrinin rolu yüksək qiymətləndirilib. Qeyd olunub ki, ən son Avropa texnologiyasını tətbiq edən “SOCAR Georgia Gas” şirkəti qaz kəmərinin çəkilişi zamanı polietilen borulardan istifadə edib ki, bu da kəmərin istismar müddətini xeyli uzadır.

Ümumilikdə Poti şəhərində 150 km qaz kəmərinin inşası nəzərdə tutulub. Bunun nəticəsində əhalinin gələcək artımı nəzərə alınmaqla 17 min abonent, habelə müxtəlif təyinatlı 174 obyekt təbii qazla təmin ediləcək. ARDNŞ-nin 3 illik investisiya proqramına əsasən, Gürcüstanın Sameqrelo bölgəsində 500 km-dən artıq (40 000-dən çox potensial abonent), ümumilikdə Gürcüstan ərazisində isə 1 500 km-dən artıq (150 000-dən artıq abonent) yeni qaz kəmərlərinin inşa edilməsi planlaşdırılır.

Xatırladaq ki, 2009-2010-cu illərdə “Sokar Ceorgia Qas” şirkəti 880 km qaz xətti çəkib və 86 min abonent qazla təmin edilib. Hazırda şirkət 470 km uzunluğunda qaz xətti sahəsində tikinti-montaj işlərini başa çatdırmaq üzrədir. Bu da 22 min abonentin ümumi qaz şəbəkəsinə qoşulmasına imkan yaradacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR