OPEC neft hasilatını artıra bilər

OPEC neft hasilatını artıra bilər
# 25 yanvar 2011 10:26 (UTC +04:00)
Bakı - APA-Economics. OPEC üzvü olan ölkələr cari ildə yanacağa olan tələbatın artması ilə əlaqədar neft hasilatını artıra bilər.

APA-Economics”in “Bloomberg”ə istinadən xəbərinə görə, bu barədə Səudiyyə ərəbistanının neft naziri Əli əl-Nəimi açıqlama verib.

“OPEC-in siyasəti nəql balansını qorumaq üçün neftə artan tələbatı təmin etməkdir. OPEC-in bəzi üzvləri öz istehsal güclərini artırmaqla OPEC-in ehtiyatda hasilat imkanlarını gündəlik 6 mln. barel səviyyəsində saxlayacaqlar” - deyə nazir bildirib. Amma o, hasilatın nə qədər artırılacağını söyləməyib.

Qeyd edək ki, OPEC-ə 12 ölkə (Əlcəzair, Anqola, Venesuela, İraq, İran, Qətər, Küveyt, Liviya, Nigeriya, BƏƏ, Səudiyyə Ərəbistanı, Ekvador) daxildir. Bu ölkələr dünyanın neftə olan tələbatının 35%-ni ödəyir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR