«SOCAR Georgia Petroleum» Gürcüstanın ən iri vergi ödəyicisi olub

«SOCAR Georgia Petroleum» Gürcüstanın ən iri vergi ödəyicisi olub
# 27 yanvar 2011 07:20 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Gürcüstan Neft Məhsulları İstehsalçıları, İdxalçıları və İstehlakçıları Birliyi 2010-cu ilin yekunlarına əsasən, neft məhsulları biznesi sektorunda Gürcüstanın dövlət büdcəsinə ən çox vergi ödəyən şirkətləri mükafatlandırıb.

Tiflisdə keçirilən tədbirdə ötən il Gürcüstan büdcəsinə 150 mln. lari həcmində vergi ödəyən «SOCAR Georgia Petroleum» şirkəti «Dövlət büdcəsinə ən iri vergi ödəyicisi» nominasiyası üzrə qalib elan edilib. Bundan başqa, «SOCAR Georgia Petroleum» 2010-cu ildə «Gürcüstan ərazisində ən böyük sərmayə qoymuş şirkət», «Ən yaxşı infrastruktura malik yanacaqdoldurma məntəqələri» və «Xeyriyyəçi şirkət» nominasiyalarında qalib gəlib. ARDNŞ-in Gürcüstanda idarə etdiyi Kulevi Qara Dəniz Terminalı isə «Ən yaxşı infrastruktura malik neft və neft məhsulları terminalı» nominasiyasında birinci olub. Tədbirdə Gürcüstanın iqtisadiyyat naziri Vera Kobalia, ölkənin maliyyə naziri Kaxa Bainduraşvili, energetika nazirinin müavini Mariam Valişvili, Tiflis meri Qiqi Uqulava, «SOCAR Energy Georgia» MMC-nin baş direktoru Mahir Məmmədov və şirkətin digər rəhbər şəxsləri iştirak ediblər.

Qeyd edək ki, «SOCAR Georgia Petroleum» artıq dördüncü ildir ki, Gürcüstanın dövlət büdcəsinə ən iri vergi ödəyicisi kimi mükafatlandırılır. ARDNŞ-in həmin törəmə müəssisəsi qonşu ölkəyə ən çox sərmayə yatıran şirkətlər sırasında da birincidir - 2010-cu ildə şirkət Gürcüstan iqtisadiyyatına 52 mln. lari həcmində sərmayə qoyub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR