Azərbaycan Dövlət Neft Fondu ötən il aktivlərini 53% artırıb

Azərbaycan Dövlət Neft Fondu ötən il aktivlərini 53% artırıb
# 27 yanvar 2011 12:11 (UTC +04:00)
Fonddan «APA-Economics»ə verilən məlumata görə, büdcənin gəlir hissəsi 144,9%, məxaric hissəsi isə 99,4% icra olunub.

Ötən il ərzində ARDNF-in neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 12 932,6 mln. manat, o cümlədən mənfəət nefti və qazın satışından 12 761,1 mln. manat, Bakı-Ceyhan boru kəməri layihəsi üzrə dividendlərdən 158,7 mln. manat, tranzit gəlirləri 8,3 mln. manat, akr hesabı ödənişlər 1,2 mln. manat, xarici sərmayəçilər tərəfindən təhvil verilmiş aktivlərdən 1,7 mln. manat, bonus ödənişləri 1,6 mln. manat təşkil edib. Ötən il Fondun vəsaitlərinin idarə olunmasından əldə olunan gəlir 155,9 mln. manata bərabər olub.

Hesabat dövründə ARDNF 5 915,0 mln. manatı dövlət büdcəsinə transfer edib. Bundan başqa, Fondun xərclər strukturunda qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 104,9 mln. manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulması və Oğuz-Qəbələ zonasından Bakı şəhərinə su kəmərinin çəkilişi layihələrinin maliyyələşdirilməsi məqsədilə isə müvafiq olaraq 131,0 mln. manat və 199,6 mln. manat, «2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı»nın maliyyələşdirilməsinə 9,6 mln. manat, «Bakı-Tiflis-Qars yeni dəmir yolu» layihəsinə 12,4 mln. manat yönəldilib.

Qeyd edək ki, il ərzində Dövlət Neft Fondunun idarə edilməsi ilə bağlı xərcləri 14,0 mln. manat olub.

Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı Fondun büdcədənkənar xərcləri 502,7 mln. manat təşkil edib.

Beləliklə, 2011-ci il yanvar ayının 1-ə Fondun aktivləri öətən ilin əvvəlinə nisbətən 52,8% artaraq 22 766,8 mln. ABŞ dollarına çatıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR