Azərbaycan Dövlət Neft Fondu Xəzərdəki neft-qaz layihələrində pay alacaq

Azərbaycan Dövlət Neft Fondu Xəzərdəki neft-qaz layihələrində pay alacaq
# 27 yanvar 2011 14:41 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bunu ARDNF-in icraçı direktoru Şahmar Mövsümov bu gün keçirdiyi mətbuat konfransında bəyan edib.

«Xəzər dənizində neft layihələri çox uğurlu layihələrdir və Dövlət Neft Fondu tərəfindən Dövlət Neft Şirkəti ilə birlikdə həmin layihələrdə müəyyən iştirak payının alınması məsələsi hazırda müzakirə olunur», - deyə Ş.Mövsümov bildirib. O qeyd edib ki, iştirak payının əldə edilməsi çərçivəsində Fond tərəfindən vəsaitlərin ayrılması nəzərdən keçirilir.

Xatırladaq ki, Dövlət Neft Fondunun Xəzərdəki layihələrdən pay alması ilə bağlı niyyət 2011-ci ildə ARDNF-in vəsaitinin istifadə edilməsinin əsas istiqamətlərində də nəzərdə tutulub. Azərbaycan prezidentinin sərəncamı ilə təsdiqlənən müvafiq sənədə əsasən, ARDNF-in valyuta vəsaitlərinin 600 mln. dollarından artıq olmayan hissəsi Xəzər dənizində həyata keçirilən mədən hasilatı sənayesindən gəlirlərin alınmasına imkan yaradan və özü və ya əsas təsisçisi uzunmüddətli investisiya reytinqinə malik olan emitent tərəfindən buraxılan qiymətli kağızlara investisiya edilə bilər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR