Türkiyə Azərbaycandan aldığı təbii qaza görə əlavə 300 mln. dollar ödəyəcək

Türkiyə Azərbaycandan aldığı təbii qaza görə əlavə 300 mln. dollar ödəyəcək
# 27 yanvar 2011 14:56 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bunu ARDNF-in icraçı direktoru Şahmar Mövsümov bildirib. Onun sözlərinə görə, ötən il bu sahədə əldə edilən 12 761,1 mln. manatın yalnız 2,1%-ni və ya 268,2 mln. manatını «Şahdəniz» qaz yatağı üzrə daxil olan gəlirlər təşkil edib. Gəlirlərin qalan hissəsi neft müqavilələrindən daxil olub.

Ş.Mövsümov bildirib ki, 2010-cu ildə Neft Fonduna «Azəri-Çıraq-Günəşli» layihəsi ilə yanaşı başqa layihələrdən də vəsaitlər daxil olub: «Biz digər müqavilələrdən də gəlirlər əldə etməyə başlamışıq. Bunlar - «Binəqədi», «Suraxanı», «Kürsəngi-Qarabağlı», «Abşeron», «Bahar» və «Qum-Dəniz» layihələridir. Bu, o qədər də böyük gəlirlər deyil, amma artıq əlavə gəlir mənbələrimiz var».

Bundan başqa Ş.Mövsümov qeyd edib ki, 2008-ci ilin aprelindən etibarən Türkiyəyə satılan qazın qiymətinin dəyişdirilməsi ilə əlaqədar olaraq Türkiyənin «Botaş» şirkəti tərəfindən bununla bağlı əlavə 1 351 mln. dolların ödənilməsi nəzərdə tutulub. Bu məbləğin 700 mln-nun artıq ödənildiyini deyən icraçı direktorun sözlərinə görə, bundan Azərbaycan dövlətinə və Dövlət Neft Fonduna ödənilmiş vəsait 138 mln. dollar olub: «Bu vəsaitin tam ödənilməsi mart ayının sonunadək başa çatacaq və Azərbaycan hökuməti indiyədək ödəniləndən əlavə olaraq 163 mln. dollar vəsait əldə edəcək».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR