“Azəriqaz” təhlükəsizlik qaydalarına riayət etməyən abunəçilərin qazını kəsəcək

“Azəriqaz” təhlükəsizlik qaydalarına riayət etməyən abunəçilərin qazını kəsəcək
# 28 yanvar 2011 14:54 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) «Azəriqaz» İstehsalat Birliyi qaz təsərrüfatında təhlükəsizlik qaydalarına riayət etməyən abunəçilərin qaz təchizatını dayandıracaq.

ARDNŞ-dan “APA-Economics”ə verilən məlumata görə, “Azəriqaz” İB-nin mütəxəssisləri qaz təsərrüfatında təhlükəsizlik qaydalarına riayət edilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirir, istehlakçılara ictimai binalarda, yaşayış evlərində, təhsil, səhiyyə obyektlərində, idarə və müəssisələrdə təbii qazdan istifadə edən zaman diqqətli olmağı, texniki təhlükəsizlik qaydalarına ciddi əməl olunmasını tövsiyə edirlər: «Qazdan istifadə qaydalarına riayət etməklə abonentlər hamam otaqlarında təbii qazla işləyən tutumlu və düzaxımlı su qızdırıcılarının təhlükəsiz istismarına xüsusi diqqət yetirilməlidir. Təbii qazla işləyən su qızdırıcıları quraşdırılan hamam otaqlarının həcmi 7,5 kubmetrdən, hündürlüyü 2,5 metrdən az olmamalıdır. Hamam otağında təbii qazla işləyən su qızdırıcıları quraşdırılan zaman otaq müstəqil havadəyişmə və tüstü bacası ilə təchiz olunmalıdır. Otaqda havadəyişmə sistemindən əlavə nəfəslik qoyulmalıdır. Otağın qapısı bayıra açılmalıdır. Hamam otağının qapısının aşağı hissəsində havanı dəyişmək üçün 0,02 kvadrat metr sahəsi olan dəlik olmalıdır. Hamam otağının daxili qaz xətləri gözəgörünən, texniki baxış və qulluq edilməsi üçün əlçatan yerdə quraşdırılmalıdır. Düz axımlı su qızdırıcısının qaz xəttində 1, tutumlu su qızdırıcısının qaz xəttində 2 ədəd (biri tənzimləyici, digəri isə nəzarət) qaz kranı olmalıdır. Hamam otağında bütün qaz xətləri və birləşmələr polad boru ilə gözə görünən, əl çatan yerdə çəkilməlidir».

Qaz təsərrüfatında təhlükəsizlik qaydalarına uyğun olaraq texniki norma və qaydalara müvafiq olmayan, qeyd edilən tələblərə zidd hallar, eləcə də hər hansı digər bir qüsur aşkarlanarsa, pozuntular “Azəriqaz” İB-nin müvafiq qurumları tərəfindən sənədləşdiriləcək və mənzilə təbii qazın verilişi dayandırılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR