Gəncədə qaz sayğaclarına müdaxilə edən abonentlərin qazı kəsilir

Gəncədə qaz sayğaclarına müdaxilə edən abonentlərin qazı kəsilir
# 29 yanvar 2011 09:44 (UTC +04:00)
Gəncə. Ayxan Hüseynov - APA. Gəncə şəhər Qaz İstismar İdarəsi qaz sayğaclarına müdaxilə, mavi yancaqdan oğurluq hallarının aradan qaldırılması məqsədilə reydlərə başlayıb.
İdarədən APA-nın Qərb bürosuna verilən məlumata görə, Gəncənin müxtəlif istiqamətlərində aparılan reydlər nəticəsində məlum olub ki, mavi yanacaqdan qanunsuz istifadə edən abonentlərin sayı artıb.
Təkcə son bir ay ərzində 44 sayğaca müdaxilə halı qeydə alınıb. Həmçinin reydlər zamanı il ərzində işlətdiyi mavi yanacağa görə pulunu ödəməyən abonentlərin də siyahısı dəqiqləşdirilib və belə mənzillərin qazı kəsilib. Təxminən iki gün ərzində startı verilən reydlərdə 100-ə yaxın abonentin qazı kəsilib. Yoxlamalar zamanı məlum olub ki, abonentlər arasında işlətdikləri mavi yanacağın müqabilində Gəncə Qaz İstismarı İdarəsinə 100 manatdan 1000 manatadək borcu olan abonentlər var.
Qeyd edək ki, reydlər hələ bir ay davam etdiriləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR