Bu ilin aprel ayından Azərbaycan nefti Ukraynaya nəql olunacaq

Bu ilin aprel ayından Azərbaycan nefti Ukraynaya nəql olunacaq
# 31 yanvar 2011 13:10 (UTC +04:00)
APA-Economics”in Ukrayna mətbuatına istinadən xəbərinə görə, bu barədə Ukrayna energetika və kömür sənayesi nazirinin müavinin İqor Kiryuşin açıqlama verib.

“Qərbi Ukraynadakı zavodlardan biri ilə ildə 1,5-3 mln. ton Azərbaycan neftinin nəqlinə dair müqavilə imzalanıb” - deyə İ.Kiryuşin bildirib.

Onun sözlərinə görə, Azərbaycan nefti tankerlərlə Odessaya çatdırılacaq, oradan isə Odessa-Brodı kəmərinin “Dostluq” qolu ilə “Nefteximik-Prikarpatye” (İvano-Frankovsk vilayəti) və “Qaliçina” (Lvov vilayəti) neft emalı zavodlarına nəql olunacaq: “Azərbaycandan neft məhsullarının idxalı ilə əlaqədar Odessa-Brodı kəmərindəki “Urals” markalı neft “Azeri Light” markalı neftlə əvəzlənəcək”.

Xatırladaq ki, yanvarın 28-də Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində Azərbaycan və Ukrayna prezidentləri ilham Əliyev və Viktor Yanukoviçin iştirakı ilə Ukrayna ərazisindən neftin nəqli sahəsində əməkdaşlığın inkişafına dair tədbirlər barədə Saziş və Ukrayna ərazisinə sıxılmış təbii qazın çatdırılmasının təşkili üzrə əməkdaşlıq haqqında Memorandum imzalanıb. Sənədləri Ukraynanın energetika və kömür sənayesi naziri Yuri Boyko və Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev imzalayıblar. Saziş ildə 4 mln. ton Azərbaycan neftinin Odessa-Brodı kəməri ilə nəqlini nəzərdə tutur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR